ClubHouse android versiyasını yükləmək mümkün oldu. ClubHouse platforması qısa müddətdə Dünyada ən məşhur sosial şəbəkələrdən birinə çevrildi. Qeydiyyat prosesinin çətin olması insanlarda bu tətbiqə qarşı marağı daha da artırdı. Yalnız IOS üçün mövcud olan tətbiq, Android istifadəçilərini qəzəbləndirməklə yanaşı, bəzi istifadəçilərin bu tətbiqi istifadə etmək üçün IPhone almalarına səbəb oldu.

Bu vəziyyəti görən Gregory K. adlı bir rus proqramçı tətbiqi Android versiyaya uyğunlaşdırmaq qərarına gəlib. Tətbiqi 2-3 gün müddətdə Android üçün yenidən proqramlaşdıran Gregory kodların təhlükəsiz olduğunu sübut etmək üçün açıq şəkildə GitHub platformasına yükləyib.

Android üçün bu tətbiqi yükləmək hələlik PlayStore üzərində mümkün olmasa da, birbaşa apk endirərək bunu etmək mümkündür.

Android üçün ClubHouse necə yüklənir?

Yükləmək üçün əvvəlcə Gregory-nin GitHub hesabına daxil olmaq lazımdır.

Mərhələlər

  • Aşağıda yükləmə linkinə daxil olun
  • Səhifədə görünən HouseClub-release.apk bölümünə klik edin
Clubhouse android yüklə
  • Yüklənən apk fayl üzərinə klik edib sistemə qurun
  • Artıq ClubHouse sizin android telefonunuzda mövcuddur
  • Qeyd olmaq üçün dostunuzdan ClubHouse dəvət kodu istəyin və tətbiqi istifadə etməyə başlayın.
Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 3 Ortalama: 3.7]