Yaranma tarixi

02.03.2019

Problem

1) Ölkədə peşəkar axtarışında innovativ xidmətin olmaması
2) İstehlakçının almaq istədiyi xidmətə uyğun və alternativli peşəkar seçiminin olmaması
3) Peşəkarların öz xidmətlərini nümayiş etdirə bilməməsi
4) Xidmət ödənişinin nağd şəkildə aparılması zamanı yaranan çətinliklər

Həll

1) Mobil tətbiqdə və saytda istənilən region və sahə üzrə peşəkarların anlıq tapılması
2) Yüzlərlə peşəkar arasından ağıllı filtir vasitəsilə ən uyğun peşəkarın tapılması
3) Peşəkarların platformada reklamı və xidmətlərin istehlakçıya çatdırılması
4) Nağdsız ödəniş avantajları ilə sağlam iş prosesinin yaradılması

Haqqında

Startapımız 2019-cu ildə I2B (İdeyadan biznesə) layihəsi çərçivəsində Naxçıvan MR üzrə birincilik əldə etmiş və Bakı finalında iştirak etmişdir. Sonrakı mərhələdə investor qarşısına çıxan startapımız investisiya cəlb etməyi bacarmışdır. 2020-ci ilin əvvəllərində DONEX 45 startap arasında ilk 5 yerdən birini qazanaraq Barama Pre Akselerasiya proqramında iştirak hüququ qazanmışdır. Əvvəllər Peşəkar adı ilə tanınan startap Pre Akselerasiya proqramı ərzində qlobal bazara çıxmaq üçün rebranding edərək DONEX adlandırılmışdır. Pre Akselerasiyanı uğurla yekunlaşdıran startaplardan biri olan DONEX hazırda məhsul hazırlanması mərhələsini yekunlaşdırıb marketing mərhələsinə keçid edir.
Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 2 Ortalama: 3]