Günümüzdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər bir sahədə texnologiya ilə iç-içə yaşayırıq və buna tələbat yaradırıq. Kapitalizm dünyasında gəlir əldə etməyin yeganə yolu tələbatı görmək və ya yaratmaq , sonra bu tələbata uyğun həllər ortaya qoymaqdır. Buna görə də alimlər texnologiya üzrə hər gün bizi təəcübləndirməyə davam edirlər. Artıq elə sürətlə kəşflər edilir ki, bir çoxumuz bunları izləyə bilməyib, bir kənara buraxırıq. Bu günkü mövzumuz Michael Strano tərəfindən aparılan bir araşdırma haqqındadır.

Michael Strano heç birimizin ağlına gəlməyəcək bir metodla texnologiya və təbiəti bir-biri ilə əlaqələndirib. Onun yeni layihəsi e-poçt göndərə bilən ispanaqlardır. Bəli, səhv oxumadınız. Bir çox şəxsin hələ də e-poçt göndərə bilmədiyi dünyamızda, artıq ispanaqlar e-poçt göndərə biləcək.

Sual yaranır ki, bu nə üçün istifadə edilə bilər? İspanaqlar nə e-poçt göndərə bilər?

Alimin əsas məqsədi bunu hərbi təyinatla istifadə etməkdir. Bu ispanaqlar yer altında kökləri ilə təmas etdiyi materiallar haqqında məlumat göndərəcəklər. Nümunə olaraq buna yer altında basdırılmış minaları göstərə bilərik. Bu ispanaqlar hər hansı təhlükəli maddə təyin etdikdə bu barədə xüsusi siqnallar yayacaqlar. Bu siqnallar xususi infrared kameralar vasitəsilə hiss ediləcək və vəziyyətə uyğun e-poçt göndəriləcək.

İspanaqlar üzərində nano əməliyyat aparan alim onların fotosintez prosesinə təsir etməyi bacarıb və bunun köməkliyi ilə artıq həmin bitkilər ətrafdakı partlamaya səbəb olan nitric oksidi təyin edirlər. Bundan əlavə Strano qeyd edib ki, bu bitkilər çox həssasdır və onlar havada, suda torpaqda olan bütün dəyişiklikləri hiss edə bilirlər.

Bəs sizcə bu texnologiya nə qədər faydalıdır və hansı məqsədlər üçün istifadə oluna bilər?

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 9 Ortalama: 4.2]