Mövcud vəziyyət ilə bağlı ölkədə vpn istifadəsi üstünlük təşkil edir. Belə olduğu halda bir çox insan pulsuz vpn axtarır və qarşısına müxtəlif seçimlər çıxır. Pulsuz vpn seçimlərindən bəziləri böyük risk təşkil edir, risk təşkil etməyənlər isə ödəniş qarşılığında fəaliyyət göstərir.

Risk dedikdə belə kritik dövrdə məlumatların oğurlanması riskindən bəhs edə bilərik. Ancaq bu riski tam qavramaq üçün gəlin əvvəlcə VPN nədir? Necə işləyir? suallarına cavab tapaq.

VPN nədir

VPN nədir?

VPN açılışı Virtual Private Network (Virtual Şəxsi Şəbəkə) olan şəbəkə sistemidir. Onun vasitəsilə istifadə olunan cihazın IP ünvanını dəyişmək mümkün olur. Bu da o deməkdir ki, həmin proqramlar istifadəçinin real IP ünvanını  gizlədərək təhlükəsizliyi təmin edir.

VPN necə işləyir?

Bu proqram qurulmuş cihazda istifadə zamanı virtual bir şəbəkə adapteri yaradılır və bu adapter üzərindən sizin seçdiyiniz və ya proqram tərəfindən avtomatik seçilən ölkənin IP ünvanı sizin əsas IP ünvanınız kimi təyin olunur. Həmin cihazla daxil olduğunuz bütün veb saytlara yeni təyin olunmuş IP ünvanınız göndərilir. Bu da hər hansı regionda blok olunmuş veb saytlara daxil olmağa imkan verir.

VPN riski nədir?

İstifadə etdiyiniz vpn proqramı əlaqə yaratdığınız server (veb saytın mövcud olduğu cihaz) ilə sizin cihazınız arasında əlavə bir tunel yaradır. Bu o mənaya gəlir ki, bütün məlumatlarınız həmin tuneldən keçir və vpn bunları görə bilir. Əksər proqramlar bu məlumatları saxlamadıqlarını qeyd etsələr də bunun düzgün olub-olmadığını bilmək çətin, hətta qeyri-mümkündür. Buna görə də istifadə etdiyimiz VPN proqramını əvvəlcədən araşdırmalı, öz şəxsi məlumatlarımızı üçüncü tərəfə ötürməməliyik.

Hansı vpn proqramları risklidir?

Bazarda yüzlərlə VPN proqramı mövcuddur və bunlar arasından seçim etmək olduqca çətindir. Seçiminizi asanlaşdırmaq üçün Tariyel Ağazadə tərəfindən araşdırılmış “Təhlükəli VPN” listini sizə təqdim edirəm. Cihazınızda bu VPN-lərdən hər hansı biri quruludursa dərhal silməyiniz tövsiyyə olunur.

List: SecureVPN, Hoxx VPN, VPN Area, VPN.ht, Hola, Ra4w VPN, VPN Gate, AzireVPN, BTGuard, Ace VPN, Touch VPN, Betternet, Speedify, DotVPN, Ivacy.

Təhlükəsiz və ödənişsiz vpn hansıdır?

Bir çox vpn proqramlarını sınaqdan keçirmiş biri olaraq deyə bilərəm ki, Psiphon digərlərindən həm istifadə rahatlığı, həm də təhlükəsizlik baxımından üstündür. Psiphon INC tərəfindən 2007-ci ildən yaradılmış və 100 milyondan çox endirməyə malik bu sistem həmin dövrdən istifadəçilər tərəfindən sınaqdan keçirilir. Açıq mənbə kodları təqdim etməsi bu proqramın təhlükəsizlik mövzusunda qərarlı olduğunu göstərir. Psiphon həm mobil cihazlar, həm də Windows əməliyyat sistemli kompüterlər üçün nəzərdə tutulub.

VPN psiphon

Psiphon necə yüklənir?

Psiphon Yüklə linkinə daxil olaraq sizə uyğun əməliyyat sistemini seçin və yükləyib quraşdırın. Proqramı açdıqda özü avtomatik olaraq ən uyğun ölkəni seçərək qoşulur. İstəsəniz manual olaraq da konfiqurasiya edə bilərsiniz.

Bəs siz hansı vpn proqramını istifadə edirsiniz? Şərhlərdə qeyd edin.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 6 Ortalama: 4.8]