Şirkətlər Təhlükəsizlik

Məlumatları paylaşmayan WhatsApp istifadə edə bilməyəcək

WhatsApp 8 fevral tarixindən etibarən keçərli olacaq gizlilik şərtlərini açıqladı. Şirkətin internet saytı üzərindən edilən açıqlamaya görə, WhatsApp bundan sonra Facebook ilə rahat-rahat məlumat…

Nail Seyidov
NS Studio-nun qurucusu · 2 dəq oxu
Məlumatları paylaşmayan WhatsApp istifadə edə bilməyəcək

Foto: Dima Solomin / Unsplash

WhatsApp 8 fevral tarixindən etibarən keçərli olacaq gizlilik şərtlərini açıqladı. Şirkətin internet saytı üzərindən edilən açıqlamaya görə, WhatsApp bundan sonra Facebook ilə rahat-rahat məlumat alış verişi edəcək. Bundan əlavə məlumat paylaşımına icazə verməyənlər Whatsapp istifadə edə bilməyəcəklər. 8 Fevral tarixinə qədər istifadəçilərin telefonunda çıxan bir bildiriş ilə qəbul prosesi reallaşdırılacaq.

Bəs bu nə mənaya gəlir və bizim üçün hər hansı bir təhlükə yaradır? Bu sualları bir çox şəxsdən aldığım üçün məqaləni yazmaq qərarı aldım.

Bildiyiniz kimi, 2014-cü ildə Facebook Whatsapp-ı 19 milyard dollar qarşılığında almışdı. Həmin dövrdə bir çox Mark Zuckerberg və Facebook sevməyən insan buna etiraz etmişdi. Facebook-un gizlilik mövzusunda necə çirkli bir keçmişə sahib olduğunu bilən istifadəçilər Whatsapp-ın da bu vəziyyətə gəlməsindən qorxurdular. Qorxu səbəblərinin reallığa çevrildikcə onların haqlı olduğunu görürük.

Whatsapp, istifadəçi məlumatlarını Facebook ilə "qanuni" olaraq paylaşmaq qərarı alıb.

Bu alışdan sonra Whatsapp-ın istifadəçi məlumatlarını Facebook ilə paylaşıb paylaşmadığı geniş müzakirə mövzusuna çevrilmişdi. Bir çoxumuz WhatsApp daxilində hər hansı mövzuda müzakirə apardıqda Facebook və daxilindəki digər xidmətlərdə bu mövzuya uyğun reklamlar görürdük. Buna görə məlumatların paylaşılması mövzusu sübut edilə bilməsə də əslində aşkar idi. 2021-ci il etibarilə Facebook-un bu mövzuda hər hansı problem yaşayacağı barədə düşündüyünü yəqin edə bilərik. Buna görədir ki, artıq məlumat paylaşımını "qanuni" yolla etmək qərarı alıb. Bu qərarı istifadəçi seçiminə buraxmayan Facebook istifadəçiləri yeni şərtləri qəbul etməyə məcbur edir.

Facebook daxilindəki digər xidmətlər də bu məlumatları istifadə edə biləcək.

Whatsapp-ın qəbul etdiyi digər müzakirə mövzusu isə, Facebook ilə bərabər bu məlumatların daxildəki digər xidmətlər (Instagram və sair) tərəfindən də istifadə edilə biləcəyidir. Bəs bu paylaşılacaq məlumatlar içərisində nələr var? Hansı gizli məlumatlarımızı Facebook istifadə edəcək?

Facebook istifadəçilərin hansı məlumatlarını yığa bilir?

Hesab Məlumatları; Mesajlar; Əlaqələr; Status Məlumatı; Proseslər və Ödəniş Məlumatları; Müştəri Dəstəyi və Digər Əlaqələr; İstifadə və Qeydiyyat Məlumatları; Cihaz və Şəbəkə Məlumatları; Lokasiya Məlumatları; Çərəzlər; Başqa Şəxslərin Sizin Haqqınızda Təmin Etdiyi Məlumatlar (Üçüncü tərəfdən); İstifadəçi Şikayətləri (Üçüncü tərəfdən); WhatsApp'dakı Şirkətlər (Üçüncü tərəfdən); Üçüncü Tərəf Xidmət Təminatçıları; Üçüncü Tərəf Xidmətləri.

Yığılan məlumatlar necə istifadə edilir?

Yan Xidmətlər; Təhlükəsizlik və Bütövlük; Facebook Şirkətləri Haqqında Əlaqələr; Rəsmi Əlaqələr.

Daha geniş məlumat üçün rəsmi WhatsApp səhifəsinə keçid edin.

Dediklərimizdən belə qənaətə gələ bilərik ki, bundan sonra Facebook data yığımı mövzusunda daha sərbəst olacaq. Sonuncu istifadəçi kimi bunun bizə təsirini hiss etməyə bilərik. Ancaq gizlilik mövzusunda həssas olan bir çox şəxs indidən WhatsApp istifadəsini dayandıraraq alternativ mesajlaşma proqramlarına keçid edir.

Bu mövzuda

Davamını oxu

Bütün yazılar →
Şirkətlər 3 dəq oxu

WhatsApp alternativi 5 mobil proqram

Facebook-un radikal qərarlarından sonra WhatsApp istifadəçilərinə məcburi qəbul etmələri üçün bir bildiriş göndərilir. Bu bildirişi qəbul etməyən şəxslərin 8 Fevral tarixindən sonra WhatsApp…

Texnologiya 3 dəq oxu

Facebook blok və nöqtə-vergülün "faydaları"

Bu günkü mövzumuz bir çox sosial şəbəkə istifadəçisi arasında blok zamanı mübahisə mövzusuna çevrilən, bəzilərinin inandığı, bəzilərinin isə faydasız saydığı "Nöqtə-Vergül"-ün facebook bloku-na…