Veb Dizayn Mobil sektor

Proqramlaşdırma ilə pul qazanmaq üçün 5 tövsiyyə

Proqramlaşdırma ilə pul qazanmaq hər bir proqramçının istəyidir. Son vaxtlar Freelance terminini çox eşidirik. Ancaq bu tip işləmə hələ də ölkəmizdə geniş yayılmayıb. Dünyada isə bir çox insan bu…

Nail Seyidov
NS Studio-nun qurucusu · 1 dəq oxu
Proqramlaşdırma ilə pul qazanmaq üçün 5 tövsiyyə

Foto: Joseph Frank / Unsplash

Proqramlaşdırma ilə pul qazanmaq hər bir proqramçının istəyidir. Son vaxtlar Freelance terminini çox eşidirik. Ancaq bu tip işləmə hələ də ölkəmizdə geniş yayılmayıb. Dünyada isə bir çox insan bu yolla pul qazanır.

1. Freelancer olun

Proqramlaşdırmadan əlavə orta səviyyə ingilis dili biliyiniz də varsa UpWork, HackerEarth, Fiverr və bənzər bir çox veb saytdan iş götürərək gəlir əldə edə bilərsiniz.

2. Bacarıqlarınızı reklam edin

İnternetin genişlənməsi ilə bərabər insanların burada öz bacarıqlarını göstərməsi onlara əlavə gəlir də gətirə bilir. Sosial şəbəkələrdə aktivlik yaradaraq, canlı yayımlar açaraq, özünüzə peşəkar görünüşlü bir portfolio yaradaraq müştəriləri cəlb edə bilərsiniz.

3. Ətrafınızı genişləndirin

İnternetdən müştəri tapa bildiyiniz kimi, ətrafınızda da bacarıqlarınıza inanan şəxslər sizə müştəri gətirə bilir. Qısacası "Networking (şəbəkələşmə) = Uğurlu satış".

4. Müəllim olun

Öz bildiklərinizi başqalarına öyrətmək həm sizin məlumat bazanızı daha da genişləndirir, həm də ətrafınızda daha çox tanınmanıza kömək edir. Bu, bir əvvəlki Ətrafınızı Genişləndirmək mövzusunda da sizə böyük dəstək göstərəcəkdir.

5. Analiz edin

Proqramlaşdırma ilə pul qazanmaq üçün o zaman aralığında ehtiyac olan dili öyrənmək lazımdır. Regionun və dövrün tələbi olmayan bir dili öyrənmək bu bacarığınızı satmaq üçün çətinlik yaradacaqdır. Buna görə proqramlaşdırma dili öyrənərkən ehtiyacları analiz edin.

Bu mövzuda

Davamını oxu

Bütün yazılar →
Mobil sektor 2 dəq oxu

Ən təhlükəsiz və ödənişsiz vpn hansıdır?

Mövcud vəziyyət ilə bağlı ölkədə vpn istifadəsi üstünlük təşkil edir. Belə olduğu halda bir çox insan pulsuz vpn axtarır və qarşısına müxtəlif seçimlər çıxır. Pulsuz vpn seçimlərindən bəziləri böyük…

Veb Dizayn 3 dəq oxu

Google-u aldatmaq mümkündür?

Axtarış sistemlərində dünya üzrə hegemonluq Google-dadır və belə görünür qısa müddət ərzində də bu dəyişməyəcək. Araştırmalara görə realist hədəflərlə hər hansı bir axtarış sistemini qurmaq üçün…

Mobil sektor 4 dəq oxu

Cəlbedici dizayn necə hazırlana bilər?

Cəlbedici dizayn dedikdə bir çox insan qarışıq, daha çox animasiyalar istifadə edilən dizaynlar nəzərə alır. Lakin özünə sual vermir ki, mən bir istifadəçi kimi bu dizaynda olan platformanı (veb sayt…