Keçən mövzuda PWA texnologiyası və onun mobil tətbiqlər qarşısında avantajlarını nəzərə almışdıq.

Həmin məqaləni oxumayanlar BURAYA klik edərək oxuya bilərlər.

Sonda qeyd etmişdim ki, bu mövzuda əziyyət çəkən layihə rəhbərlərinə kömək olması üçün yaxın zamanda bir nümunə hazırlayacağam. Bu nümunəyə nəzər yetirərək layihə rəhbərləri işə mobil tətbiq yoxsa PWA ilə başlayacaqlarına qərar verə biləcəklər. Artıq həmin nümunə hazırdır. Qarşılayın: Yeyinti.com

Yeyinti.com onlayn yemək sifarişi sistemidir və PWA texnologiyası ilə hazırlanıb. Bu məqalədə yeyinti.com üzərindən PWA xüsusiyyətləri ilə yaxından tanış olacağıq. İstəyən hər kəs daxil olaraq sistemi nəzərdən keçirə bilər, həmçinin mən burada ekran görüntüləri ilə göstərməyə çalışacağam.

Keçən mövzuda da qeyd etdiyimiz kimi, PWA texnologiyasının ən böyük üstünlüyü brauzer dəstəyi olan bütün cihazlara yüklənə və bir tətbiq kimi fəaliyyət göstərə bilməsidir. Bunu ekran görüntüləri daha yaxşı izah edə bilər.

Kompyuter üzərindən yüklənmə belədir:

PWA ilə hazırlanmış veb sayta daxil olduqda digər saytlardan fərqli olaraq yuxarı adres çubuğunda plus işarəsi görünür. Həmin işarəyə klik edib, yüklə butonunu seçirik. Budur, artıq tətbiq kompyuterdədir. İkinci ekran görüntüsündə yükləndiyinin şahidi ola bilərsiniz.

Mobil cihazlarda yüklənmə:

Mobil cihazlarda da əməliyyat sistemi fərq etmədən sayta daxil olduqda aşağı hissədə “Yeyintini ana ekrana əlavə et” bölümü görünür. Buraya klik edib, əlavə et seçdikdə cihazımıza 3-4 saniyə müddətə yüklənir, bundan əlavə endirmə tələb etmir. Daxil olduqda şahidi ola bilərik ki, mobil tətbiqlərdən görünüş olaraq geri qalmayan PWA sistemi, həm də sürət olaraq mükəmməldir.

Digər bölmələr ilə özünüz sistemə daxil olaraq tanış ola və beləliklə qərarınızı verə bilərsiniz. Son olaraq qeyd edim ki, PWA sistemi bütün mobil layihələr üçün kifayət etməsə də, əksəriyyət üçün yaxşı seçim ola bilər.

Qeyd: Yeyinti.com adı yaxın bir dostla təsadüf nəticəsində qərar verdiyimiz bir addır. Hal-hazırda sistem daxilində kontent DEMO xarakter daşıyır.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 2 Ortalama: 5]