Freelancer olmaq
Freelancer ol

Freelancer olun

Proqramlaşdırma ilə pul qazanmaq hər bir proqramçının istəyidir. Son vaxtlar Freelance terminini çox eşidirik. Ancaq bu tip işləmə hələ də ölkəmizdə geniş yayılmayıb. Dünyada isə bir çox insan bu yolla pul qazanır.

Proqramlaşdırmadan əlavə orta səviyyə ingilis dili biliyiniz də varsa UpWork, HackerEarth, Fiverr və bənzər bir çox veb saytdan iş götürərək gəlir əldə edə bilərsiniz.

Özünü reklam et
Bacarıqlarını reklam et

Bacarıqlarınızı reklam edin

İnternetin genişlənməsi ilə bərabər insanların burada öz bacarıqlarını göstərməsi onlara əlavə gəlir də gətirə bilir.

Sosial şəbəkələrdə aktivlik yaradaraq, canlı yayımlar açaraq, özünüzə peşəkar görünüşlü bir portfolio yaradaraq müştəriləri cəlb edə bilərsiniz.

Ətrafını genişləndir
Ətrafını genişləndir

Ətrafınızı genişləndirin

İnternetdən müştəri tapa bildiyiniz kimi, ətrafınızda da bacarıqlarınıza inanan şəxslər sizə müştəri gətirə bilir. Qısacası “Networking (şəbəkələşmə) = Uğurlu satış”.

Müəllim ol
Müəllim ol

Müəllim olun

Öz bildiklərinizi başqalarına öyrətmək həm sizin məlumat bazanızı daha da genişləndirir, həm də ətrafınızda daha çox tanınmanıza kömək edir. Bu, bir əvvəlki Ətrafınızı Genişləndirmək mövzusunda da sizə böyük dəstək göstərəcəkdir.

Araştırma et
Araşdırma et

Analiz edin

Proqramlaşdırma ilə pul qazanmaq üçün o zaman aralığında ehtiyac olan dili öyrənmək lazımdır. Regionun və dövrün tələbi olmayan bir dili öyrənmək bu bacarığınızı satmaq üçün çətinlik yaradacaqdır. Buna görə proqramlaşdırma dili öyrənərkən ehtiyacları analiz edin.

Bu yazını qiymətləndirmək üçün seçin!
[Ümumi: 5 Ortalama: 4.8]